8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapıldı

151 2-06-2023, 10:23 hadise

8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapıldıQaxda 8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib. Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ