Ruslar 4 istiqamətdə uğursuzluğa düçar oldu

132 5-06-2023, 20:46 dunya

Ruslar 4 istiqamətdə uğursuzluğa düçar olduRusların dörd istiqamətdə - Liman, Baxmut, Avdeyevski və Maryinka üzrə hücumları uğursuzluqla nəticələnib.

Xeberdar.net-in məlumatına görə,bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Bundan əlavə, Marinka bölgəsində rusların səkkiz hücumunun hamısı dəf edilib. Eyni zamanda, ruslar yaşayış məntəqəsi hüdudlarında havadan zərbələr endirib.

Qeyd olunub ki, Rusiya qoşunları Zaporojye və Xerson istiqamətlərində də müdafiə əməliyyatlarını davam etdirir.

XƏBƏR LENTİ