Cəlilabadda yeni peşə məktəbi açılacaq

232 7-06-2023, 15:39 cemiyyet

Cəlilabadda yeni peşə məktəbi açılacaqMüəssisədə heyvandarlıq sahəsi tədris olunacaq

Bu il Cəlilabadda yeni peşə təhsili müəssisəsi açılacaq. Xeberdar.net-in məlumatına görə, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

Bildirib ki, orada heyvandarlıq sahəsi tədris olunacaq: “Bunun üçün heyvandarlıq sahəsi hazırlanılıb. Müəssisədə əkinçilik, bitkiçilik üzrə ixtisaslar olduğu üçün müəssisəyə yaxın ərazilərdə əkin-biçin işləri aparılacaq”.

C.Kərəmov qeyd edib ki, ilin sonunda Lənkəranda yeni peşə təhsili müəssisəsi hazır olacaq. Burada turizm, hotelçilik tədris ediləcək.

XƏBƏR LENTİ