KRİMİNAL AVTORİTET DOSTUNU GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ - Təfərrüat+FOTO

219 11-06-2023, 10:31 kriminal

KRİMİNAL AVTORİTET DOSTUNU GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ - Təfərrüat+FOTOÖtən gecə Kürdəmir rayonunda qətl hadisəsi törədilib.

“Qafqazinfo”nun məlumatına görə, 55 yaşlı Cümşüd İslamov saat 23 radələrində Kürdəmir Mərkəzi Xəstəxanasının qarşısında - 69-cu məhəllə adlanan ərazidə dostu, 46 yaşlı Müşfiq Məmmədovu güllələyib.

“Makarov” tipli tapançadan açılmış 3 güllə xəsarəti alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. C.İslamov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dostlar zarafatlaşarkən işlədilmiş söyüşə görə baş verib. Belə ki, əvvəllər quldurluq, adam oğurluğu kimi cinayətlərə görə məhkum edilmiş və kriminal dairələrdə “Cümü” ləqəbi ilə tanınan C.İslamov 3 gün əvvəl Müşfiqlə telefonla danışarkən aralarında anlaşılmazlıq olub. Cümşüd dostuna görüşərik, “həmin sözü üzümə deyərsən”, deyib. Bakı şəhərində yaşayan M.Məmmədov isə iyunun 11-də Mingəçevirdə oğlunun magistratura imtahanının olduğunu və iyunun 10-da Kürdəmirə gələcəyini deyib.

Ötən gün axşam saat 23 radələrində onlar M.Məmmədova məxsus evin yaxınlığında görüşüblər. M.Məmmədov oğluna maşında gözləməsini deyib və bir qədər kənara çəkilərək dostu C.İslamovla söhbət etməyə başlayıb. Bu zaman ardıcıl atəş səsləri eşidilib. Maşından düşərək hadisə yerinə qaçan M.Məmmədovun oğlu atasının güllə xəsarətləri aldığını görüb. O, dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, vəfat edib. Bildirilir ki, C.İslamov həbsdə olduğu müddətdə M.Məmmədov ona və digər dostlarına daim dəstək verirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

KRİMİNAL AVTORİTET DOSTUNU GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ - Təfərrüat+FOTO

Qətlə yetirilən M.Məmmədov

***

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.

Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşfiq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Qeyd edək ki, mərhum Müşfiq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistratura imtahanında iştirak etmək üçün gəlmişdi.

***

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun 69-cu məhəlləsində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu Sor-Sor kənd sakini 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna tapança ilə iki dəfə atəş açıb.

Yaralı dərhal ətrafdakı insanların köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və o, əməliyyat edilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ