Yaponiyada güclü zəlzələ oldu

260 11-06-2023, 16:48 dunya

Yaponiyada güclü zəlzələ olduYaponiyanın şimalındakı Hokkaydo adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi açıqlama yayıb.

Yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə 13:55) qeydə alınan zəlzələnin ocağı yerin 140 kilometr dərinliyidə olub.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməsə də, təkanlar Yaponiyanın şimal hissəsindəki bir çox yaşayış məntəqəsində hiss olunub.

Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığını bəyan edib.

XƏBƏR LENTİ