İyunun 15-də Laçın-Güləbird yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Xeberdar.net-in Report-a istinadən məlumatına görə, qəza saat 22:00 radələrində qeydə alınıb.
Belə ki, “Şaqman” markalı yük avtomobili sürüşərək yolun kənarında dayanan “VAZ-2107” markalı nəqliyyat vasitəsini əzib.
Hadisə nəticəsində bir nəfər yaralanıb. Araşdırma aparılır.