Ermənistan Azərbaycana qarşı olan təcəvüzkar mövqeyinə son qoymalıdır.
Xeberdar.net-in TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, Türkiyə Prezidentinin and içmə mərasiminə Ermənistan Baş nazirinin dəvət edilməsi münasibətlərin normallaşmasına töhfə verə bilər.
"Türkiyə Cənubi Qafqazda sülhün və istiqrarın olmasını arzu edir", - Çelik vurğulayıb.