Kanadada hərbi helikopter çaya düşüb

243 21-06-2023, 08:56 dunya

Kanadada hərbi helikopter çaya düşübCastin Trüdo: "Qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq"

Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopterin Ottava çayına düşməsi nəticəsində 2 əsgər həlak olub, 2 əsgər isə yaralanıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Kanada Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd olunub ki, Kanada Kral Hərbi Hava Qüvvələrinə məxsus "Chinook" tipli hərbi helikopteri yerli vaxtla saat 00:10 radələrində təlim uçuşu zamanı Ontario əyalətinin Petavava şəhərindəki hərbi baza yaxınlığında Ottava çayına düşüb.

Kanadanın baş naziri Castin Trüdo verdiyi açıqlamada helikopterdə olan 2 əsgərin həyatını itirdiyini, 2 əsgərin isə yaralı olaraq qəzadan sağ çıxdığını bildirib.

O qeyd edib ki, qəza ilə bağlı hərtərəfli araşdırma aparılacaq.

Qəzanın səbəbi hələlik məlum deyil.

XƏBƏR LENTİ