Goranboyda yanğın: qadın öldü

281 23-06-2023, 13:29 hadise

Goranboyda yanğın: qadın öldüGoranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb.

Xeberdar.net-in məlumatına görə, Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Maya Abduləli qızı Yusibova tüstüdən boğularaq dünyasını dəyişib.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ