Polşa Priqojinə görə sərhədi möhkəmləndirir

311 26-06-2023, 11:46 dunya

Polşa Priqojinə görə sərhədi möhkəmləndirirPolşa Belarusla sərhədi Yevgeni Priqojin və "Vaqner"in oraya köçməsi ilə bağlı xəbərlər fonunda gücləndirir.

Xeberdar.net-in məlumatına görə, bunu Polşanın Baş nazir Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, Varşava Rusiyadakı hərbi qiyamın nəticələrini yaxından izləyir:

"Bu tədbirlər Moskvadan gələ biləcək təhlükəyə reaksiyadır, çünki Lukaşenko və Putin çox qəribə hərəkət edə bilər".

Qeyd edək ki, Priqojin və muzdlularının Belarusa köçürülməsi ilə əlaqədar NATO-nun şərq cinahının gücləndirilməsi zərurətini Litva Prezidenti Gitanas Nauseda da bəyan edib:

"Əgər Belarusa qeyri-müəyyən planlar və qeyri-müəyyən niyyətlərlə muzdlular göndərilirsə, bu, yalnız o deməkdir ki, biz şərq sərhədlərimizin təhlükəsizliyini daha da gücləndirməliyik”.

XƏBƏR LENTİ