ABŞ-ın İranla bağlı nümayəndəsi vəzifəsindən qovuldu

245 30-06-2023, 17:23 dunya

ABŞ-ın İranla bağlı nümayəndəsi vəzifəsindən qovulduABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi nümayəndəsi Robert Malli məxfi sənədlərlə səhv davranmaqda şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, yoxlama başlayandan bir müddət sonra R.Malli məxfi sənədlərə çıxışı itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib.

Adını açıqlamayan ABŞ rəsmisinin sözlərinə görə, o, ötən gün ödənişsiz məzuniyyətə buraxılıb. Malli özü də məlumatı təsdiqləyərək, istintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözlədiyini bildirib.

Hazırda onun vəzifələrini müvəqqəti olaraq Abram Paley yerinə yetirir.

XƏBƏR LENTİ