Polşa Silahlı Qüvvələri 1000 hərbi qulluqçu və 200 texnikanı Podlaskie voyevodluğundakı Belarusla sərhədə göndərir.
Xeberdar.net-in məlumatına görə, bu barədə ölkənin Baş Komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan min əsgər və təxminən 200 texnika Polşanın şərqinə hərəkət edəcək”, - deyə bildirilib.
Komandanlıq prosesin sabah həyata keçiriləcəyini təsdiqləyib.