MİQ imtahanı üçün 9000 vakant yer var

249 10-07-2023, 17:34 cemiyyet

MİQ imtahanı üçün 9000 vakant yer var“Müəllimlərin işə qəbulu imtahanının təşkilində məqsəd vakant yerlərin tam dolmasıdır”

“Müəllimlərin işə qəbulu imtahanının təşkilində məqsəd vakant yerlərin tam dolmasıdır”.

Xeberdar.net-in APA-ya istinadən məlumatına görə.bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu ilə bağlı brifinqdə deyib. O bildirib ki, buna baxmayaraq, vakant yerləri seçdiyi halda sonradan imtina edən namizdələr də olur, bu isə həmin məktəblərdə vakant yerlərin boş qalmasına səbəb olur: "Biz bildirmək istəyirik ki, müəllimlər kifayət qədər bal topladıqdan sonra seçdikləri vakant yer üzrə işləməyəcəklərsə, seçim etməsinlər. Hazırda 9000-dən vakant yer var. Vakant yerlər davam edir. 8 müxtəlif vakant yer seçmək imkanı olacaq".

Nurlan İsmayılbəyli deyib ki, son statistik nəticələrə görə, 8 min daimi, 12 min müəllim isə müddətli əsaslarla işə qəbul olub: "Buna baxmayaraq, il ərzində müxtəlif səbəblərdən məktəblərdə vakant yerlər yaranır".

XƏBƏR LENTİ