Azərbaycan neftinin qiyməti 83 dolları ötüb

231 19-07-2023, 13:31 iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 83 dolları ötübDünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb. Xeberdar.net-in məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 79,48 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,24 dollar ucuzlaşaraq 75,51 dollar təşkil edib.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 83,53 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.

XƏBƏR LENTİ