Bakıda 28 yaşlı qadın itkin düşdü

172 1-08-2023, 20:20 hadise

Bakıda 28 yaşlı qadın itkin düşdüBakıda 28 yaşlı qadın itkin düşüb.

Xeberdar.net-in məlumatına görə,bu barədə Report-a onun yaxınları məlumat verib.

Belə ki, 1995-ci il təvəllüdlü Sona İlhamqızı iyulun 30-da səhər saat 10 radələrində yaşadıqları Masazır qəsəbəsində evdən çıxaraq geri qayıtmayıb.

Yaxınları deyib ki, Sona İlhamqızı əqli qüsurludur, danışmaqda çətinlik çəkir.

Şahidlər onun ərazidəki Vulkan dağı istiqamətində getdiyini, yolu azdığını, evə qayıtmaq üçün yol soruşduğunu bildiriblər.

O, evdən çıxan zaman əynində boz açıq rəngli qolsuz köynək, qara şalvar olub. Ağzını qara rəngli şarfla bağlayıb.

Sona İlhamqızını görənlərdən 051 671 77 22, 055 233 35 37 nömrələri ilə əlaqə saxlayaraq yaxınlarına xəbər vermələri xahiş olunur.

XƏBƏR LENTİ