Balakəndə 47 yaşlı kişi qətlə yetirilib

126 4-08-2023, 20:04 hadise

Balakəndə 47 yaşlı kişi qətlə yetirilibFaktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Xeberdar.net-ə bildirilib ki, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ