Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində azı 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.