İsmayıllıda vətəndaşlardan 36 tüfəng götürüldü

237 12-08-2023, 19:40 cemiyyet

İsmayıllıda vətəndaşlardan 36 tüfəng götürüldüİsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini İlyas Ağayevdən müvafiq sənədləri olmadan saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

2023-cü il ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 36 tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.

XƏBƏR LENTİ