Zirə yaxınlığında Xəzərdə bir nəfər batdı

135 13-08-2023, 21:35 hadise

Zirə yaxınlığında Xəzərdə bir nəfər batdıXəzər rayonunun Zirə qəsəbəsinin yaxınlığında dənizdə bir nəfər batıb.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ