Ərdəbil əyalətinin Parsabad (Muğan) şəhərində əkinçilər etiraz aksiyası keçiriblər.
Xeberdar.net-in məlumatına görə, etirazçılar bu barədə sosial media kanallarında paylaşım ediblər.
Təbii Sərvətlər İdarəsinin qarşısına toplaşan etirazçılar su kəsintiləri səbəbindən əkin və bağ sahələrinin susuzluqdan qurumasına etirazlarını bildiriblər.