Azərbaycanda Vatsap hesabları bağlanır

266 18-08-2023, 14:43 cemiyyet

Azərbaycanda Vatsap hesabları bağlanırAzərbaycanda Vatsap hesabları bağlanıb.

Xeberdar.net-in məlumatına görə, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanda kütləvi şəkildə Vatsap hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin təkcə Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. Vatsap ilə əlaqədəyik, lakin normal açıqlama vermirlər. Nə isə baş verir. Təcili məsələ araşdırılmalıdır” - deyə F.Pərdəşünas qeyd edib.

XƏBƏR LENTİ