Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

386 22-08-2023, 11:27 cemiyyet

Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandıŞəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb.

Xeberdar.net-in məlumatına görə,hadisə Mahmudlu kəndində qeydə alınıb.

Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ