Ordumuzun mövqeləri yenə atəşə tutuldu

231 31-08-2023, 20:53 cemiyyet

Ordumuzun mövqeləri yenə atəşə tutulduAvqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Xeberdar.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

XƏBƏR LENTİ