İstanbulda leysan: 2 nəfər öldü - Video

191 6-09-2023, 10:52 dunya

İstanbulda leysan: 2 nəfər öldü - Video2023.09.05. 23:58

İstanbulun bəzi rayonlarına yağan şiddətli leysan bir sıra problemlər yaradıb.

Xeberdar.net-in məlumatına görə, şəhərin şimal hissəsində başlayan yağıntı Arnavutköy və Başakşehirdə də intensivliyini artırıb.

Yağan yağışlar səbəbindən yollarda gölməçələrin əmələ gəlməsi nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Arnavutköydə bir çox ev və obyektləri su basması müraciətlərindən sonra bölgəyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, İstanbul Valiliyi şəhərdə güclü tufanın olacağı barədə xəbərdarlıq etmişdi.

***

İstanbulun Başakşehir səmtində sel suları bir nəfərin həyatına son qoyub.

Güclü leysan səbəbindən şəhərdə bir neçə küçəni su basıb.

***

Baş verən leysan nəticəsində Küçükçekmece bölgəsində də bir nəfər həlak olub.


XƏBƏR LENTİ