Molla rejimini təbliğ edən sayt redaktoru həbs edildi

294 17-09-2023, 20:03 cemiyyet

Molla rejimini təbliğ edən sayt redaktoru həbs edildiAzərbaycanda İranın molla rejimini təbliğ edən sayt redaktoru barəsində həbs qərarı çıxarılıb.

Xeberdar.net-in məlumatına görə,bu barədə "MOUZE" Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı ilə molla rejimini təbliğ edən, dini xəbərlər yayan "Maide.Az" saytının redaktoru Qədir Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, o, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir. Lakin Q.Məmmədov özünü buna görə təqsirli bilməyib. O, ruhani olduğu üçün həbs olunduğunu iddia edib.

XƏBƏR LENTİ