Qarabağda daha 8 erməni hərbçinin meyiti tapıldı

241 28-09-2023, 10:39 cemiyyet

Qarabağda daha 8 erməni hərbçinin meyiti tapıldıQarabağda aparılan axtarışlar nəticəsində 8 hərbçinin meyitinin qalıqları tapılıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Xankəndidəki keçmiş separatçı dəstə üzvləri məlumat yayıb.

4 meyitin Şuşakənddə, daha 4-nün isə Çərəkdar kəndində tapıldığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu xunta təslim olub. 21 sentyabrdan antiterror tədbirlərinin keçirildiyi ərazilərdən erməni silahlıların meyitləri toplanır.

XƏBƏR LENTİ