Klaar Bakıdan İrəvana getdi, Paşinyanla görüşdü

259 12-10-2023, 22:15 dunya

Klaar Bakıdan İrəvana getdi, Paşinyanla görüşdüErmənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Xeberdar.net-in məlumatına görə, görüşdə AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə edilib, onun davamlılığı vurğulanıb.

Qeyd edək ki, Toivo Klaar İrəvana Bakıdan gedib. O, Bakıda XİN başçısı Ceyhun Bayramovla görüşmüşdü.

XƏBƏR LENTİ