“Qərbin qloballaşma modeli böhran içərisindədir” – “Daha ədalətli münasibətlər sistemi yaranır...”

141 27-11-2023, 12:40 dunya

https://static.azpolitika.info/storage/news/c096b12a9b46a0665bf3fa0d80e8eb20/20f46b88-8053-407e-98c3-4551e23a1caa.jpg
“Əsasən Qərb dövlətlərinin öz maraqları naminə formalaşdırdıqları qloballaşma modeli öz faydalılığını itirib və dərin böhran içindədir”..

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Primakov oxumaları” beynəlxalq forumunun iştirakçılarına və qonaqlarına təbrikində deyib.

“Dünya əksəriyyətinin ehtiyaclarını ödəyən yeni, daha ədalətli və demokratik beynəlxalq münasibətlər sistemi yaranır”, - o əlavə edib.
Putin vurğulayıb ki, dünyaya hökmranlıq etməyə öyrəşmiş bir qrup ölkələr öz zəifləyən təsirlərini qorumaq üçün heç bir işdən əl çəkmir, açıq-aşkar şantaj və təzyiqlərlə beynəlxalq hüquq sistemini öz maraqlarına uyğunlaşdırmağa çalışırlar..

“Bu sabitliyi pozan xətt həm Ukrayna ətrafında böhranlı vəziyyətə, həm də Fələstin-İsrail münaqişəsinin faciəvi eskalasiyasına səbəb oldu”, - Rusiya Prezidenti qeyd edib.

XƏBƏR LENTİ