Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket və PUA hücumu həyata keçirib. Bütünlükdə ölkə üzrə çoxsaylı dağıntılar və insan tələfatı barədə məlumatlar daxil olmaqdadır. raketlərdən biri Odessa şəhərinin mərkəzindəki yaşayış binasına düşüb. Nəticədə azı iki dinc sakinin öldüyü, xeyli günahsız insanın yaralandığı bildirilir.
Bu hadisə ilə bağlı tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko öz sosial şəbəkə səhifəsində belə yazıb: “Rusiyanın qanadlı raketi ilə vurulan NATO və Ukrayna Silahlı Qüvvələri generallarının görüşünün keçirildiyi Odessadakı “qərar qəbuletmə mərkəzi” yəqin ki, məhz belə görünməlidir...
İlkin məlumata görə, təkcə Odessada 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Onların arasında 6 və 8 yaşlı uşaqlar da var”.