Bayden seçilsə, ABŞ-dan heç nə qalmayacaq - Tramp

304 26-05-2024, 12:25 dunya

Bayden seçilsə, ABŞ-dan heç nə qalmayacaq - TrampƏgər Co Bayden noyabrda seçkilərdə qalib gəlsə, 4 ildən sonra bu ölkədən heç nə qalmayacaq.

Xeberdar.net-in məlumatına görə, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Libertarian Partiyasının Vaşinqtondakı qurultayında çıxışı zamanı deyib.

Tramp partiya üzvlərini Baydenə səs verməməyə çağırıb:
“Bu, çox vacibdir, çünki biz tarixin ən pis prezidentindən qurtulmalıyıq. Biz birlikdə bunu edəcəyik. Və bu olmasa, növbəti dörd ildən sonra ölkədən heç nə qalmayacağı təhlükəsi var”.

XƏBƏR LENTİ