Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.
Xeberdar.net-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.