İranla sərhəddə əməliyyat: 14 kq narkotik müsadirə edildi

120 1-06-2024, 16:04 dunya

İranla sərhəddə əməliyyat: 14 kq narkotik müsadirə edildiÖlkə ərazisinə külli miqdarda narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Xeberdar.net-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 31-də saat 20:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 150 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ