Ukrayna bu istiqamətdə əks-hücuma başladı

87 5-06-2024, 09:11 dunya

Ukrayna bu istiqamətdə əks-hücuma başladıXarkov vilayətindəki rus işğalçı qüvvələrinin vəzifəsi Ukrayna qoşunlarını həmin əraziyə buraxmamaq idi. Lakin düşmən çox dərinə getdi və bu da rus komandirlərin uzaqgörən olmamasının sübutudur.

Xeberdar.net-in məlumatına görə,bunu ukraynalı hərbi ekspert, hərbi pilot-təlimatçı Roman Svitan rusların Xarkova edilən hücumlarını şərh edərkən deyib.

"Onlar tələyə düşdülər. Cəbhəni saxlamaq üçün qüvvə və vasitələri cəlb etməyə başladıq. İndi orada kifayət qədər ciddi müdafiə xətti var, üstəlik, Ukrayna Silahlı Qüvvələri aktiv müdafiə mexanizmlərini işə salmağa, müxtəlif mövqelərdə əks-hücuma keçməyə başlayıb, rusların isə kifayət qədər ehtiyatı yoxdur.

Rusların səngər qazmağa vaxtı yox idi və Ukrayna qoşunları artıq onları Xarkov vilayətindən çıxarmağa başlamışdı", - ekspert vurğulayıb.

XƏBƏR LENTİ