"Bu, İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvidir" - Pezeşkian

677 5-08-2024, 10:06 dunya

"Bu, İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvidir" - Pezeşkianİran prezidenti Məsud Pezeşkian İsrailin HƏMAS lideri İsmayıl Haniyəni İranda öldürməsinin cavabsız qalmayacaq böyük səhv olduğunu deyib.

APA xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, prezident Pezeşkian paytaxt Tehranda səfərdə olan İordaniyanın xarici işlər naziri Əyman əs-Safedi qəbul edib.
Görüş zamanı Pezeşkian İranda rəsmi qonaq olan Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.

O bu hücumu “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi xarakterizə edib.

XƏBƏR LENTİ