Qazax Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev direktoru olduğu kolleci sən demə göstəriş ilə idarə edirmiş.

317 9-09-2024, 09:23 bolge / gundem

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Direktoru Elşad Quliyev direktoru olduğu kolleci sən demə göstəriş ilə idarə edirmiş.Belə ki,keçən ilin mart ayında işə götürdüyü işçini bu ilin fevral ayında aldadaraq işdən çıxarmalı oldu. Səbəb isə,özünün dediyinə görə,ona göstərilən göstəriş olub. (Fakt var, sübut var)
Keçən dəfə telefonla əlaqə saxlayıb sual verirəm ki, Elşad müəllim, işçini aldadaraq ərizə yazıb səbəbsiz yerə işdən çıxardın və işçiyə demisən ki,narahat olma yaxın günlərdə yenidən işinə qaytaracam. Mənimlə danışan ərəfədə isə bildirdin ki, Elnur mənlik deyil, mən sadəcə mənə göstərilən göstərişi icra etmişəm. (Fakt var,sübut var)
Mən üzümü tutub Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə cənab nazirimiz Emin Əmrullayevə müraciət edirəm:
Hörmətli Nazir! Mən başa düşmürəm,Təhsil ocağı nə vaxtdan göstəriş ilə fəaliyyətə başlayıb? Belə olan halda Təhsil sistemi məhvə doğru getmirmi? Bu nə biabırçılıqdır?
Elşad Quliyev hələ bir utanmaz-utanmaz keçən dəfə mənə deyir ki,özü könüllü olaraq ərizə yazıb işdən çıxıb. Yalançının ata bə atasına lənət əgər özü könüllü ərizə yazıb işdən çıxıbsa? Kişi olan şəxs bu qədər yalan danışarmı və kiminsə ailəsinin çörəyi ilə oynayarmı?
P.S. Bu günə qədər susdum. Bu saatdan sonra susmayacam. Artıq ölümü belə göz önünə almışam. Bir sözlə,adamı intihar həddinə çatdırıblar. Bəsdirin! Sizin əlinizdən Vətənimizi qoyub harasa köçməliyik? Niyə axı? Niyə Vətənimizi sizə görə tərk etməliyik? Adamı niyə məcbur edirsiz? Nədir günahımız? Millətimizə və Dövlətimizə sadiq olub,canla-başla xidmət etmək?
Budurmu günahımız?
Hörmətli Nazir, Emin Amrullayev ! Elşad Quliyevin aldığı maaş cəmi 560 manatdır. Zəhmət olmasa araşdırılsın görək Elşad müəllimin Qazax, Çinar dibi deyilən ərazidə neçə Obyekti, neçə Evi və neçə bahalı Avtomobili var? 560 manat maaşla bu qədər sərvəti necə əldə edə bilər sizcə? Çox yaxşı olardı ki, Elşad Quliyevin yığdığı bu qədər sərvət Dövlət nəfinə keçirilsin və məncə bir çox Qazaxlılar buna sevinərdi. Bu adamlar kasıb təbəqədən nə istəyirlər? Niyə imkan vermirlər yaşamağa? Niyə diri-diri insana cəhənnəmi yaşadırlar?
SƏBƏB???
Elnur Quliyev
Qeyd: Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF

XƏBƏR LENTİ