Bakıda yaşayış binasının damı uçdu

194 4-09-2024, 11:49 hadise

Bakıda yaşayış binasının damı uçduBakıda yaşayış binasının damı uçub, mənzil yararsız vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.

Hadisə nəticəsində evdəki əşyalar yerlə bir olub. Ev sahibi Məmmədəli Hümmətov bildirib ki, mənzildə olan hər şey sıradan çıxıb.

Dağlı küçəsi, ev 24-ün 30 illik sakini Məmmədəli Hümmətov hadisə baş verən an evdə olduğunu deyir.

Onun sözlərinə görə, 119 yaşlı ikimərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olması ilə bağlı rəy 2000-ci ildə verilsə də, binanın 60-a yaxın sakini hələ də burada yaşayır.

Sakinlərin üzləşdiyi problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumun nümayəndələri əraziyə dəvət olunub. Məsələ ilə əlaqədar artıq icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.

Ətraflı süjetdə:

XƏBƏR LENTİ