İspaniya da İsrailə qarşı iddiaya qoşuldu

125 6-06-2024, 15:48 dunya

İspaniya da İsrailə qarşı iddiaya qoşulduİspaniya hakimiyyəti Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmağa qərar verib.

Xeberdar.net-in məlumatına görə, bu barədə jurnalistlərə Krallığın xarici işlər naziri Xose Manuel Albares deyib.

“İspaniya Cənubi Afrikanın Qəzzadakı vəziyyətə görə Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qatılacaq və məhkəmənin qərarını dəstəkləyəcək”, - o bildirib.

Qeyd edək ki, İspaniya ilə İsrail arasında münasibətlər Madridin Fələstini dövlət kimi tanıması fonunda pisləşib.

XƏBƏR LENTİ