Asryan yunan həmkarı ilə hərbi əlaqələri müzakirə etdi

168 12-06-2024, 09:38 dunya

Asryan yunan həmkarı ilə hərbi əlaqələri müzakirə etdiErmənistan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Edvard Asryan Yunanıstanın Quru Qoşunlarının komandanı, general-leytenant Georgios Kostidis ilə görüşüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüş Almaniyada Avropa ölkələrinin quru qoşunları komandanlarının konfransı çərçivəsində baş tutub.

Asryan yunan həmkarı ilə qarşılıqlı fəaliyyət və hərbi personalın yenidən hazırlanması ilə bağlı məsələləri müzakirə edib.

XƏBƏR LENTİ