Kərəviz şirəsinin orqanizmə inanılmaz faydası

149 1-07-2024, 09:21 cemiyyet

Kərəviz şirəsinin orqanizmə inanılmaz faydasıPəhrizdə mühüm yeri olan kərəviz şirəsinin tərkibindəki 4 fitonutrient sağlamlıq üçün çox faydalıdır.

Xeberdar.net Medicina.az-a istinadən məlumat verir ki, məşhur doktor Erik Berq kərəviz şirəsinin faydalarından danışıb.

O, 4 təbii kimyəvi fitonutrientin bədənimizə necə təsir etdiyini izah edib.

Ən güclü təbii dərmanlardan biri hesab edilən kərəviz şirəsini 7 gün ərzində fasilə vermədən içmək tövsiyə edilir. Bu zaman orqanizmdə müəyyən dəyişiklikləri müşahidə etmək mümkün olur.

Erik Berq bildirir ki, qan axınını tənzimləməyə kömək edən kərəviz şirəsi tərkibindəki 3-n-butilftalid komponenti sayəsində insult nəticəsində yaranan zərərin bərpasında təsirlidir:

“Beyin xəstəlikləri riskini azaldır. Bundan əlavə, bədəndə laxtalanmanın qarşısını alır.

Mikrosirkulyasiyaya təsir edən bu komponentin faydalarını kərəviz şirəsindən istifadə etməklə əldə edə bilərsiniz. O, həmçinin antioksidant, antiinflamatuar xüsusiyyətlərə malikdir”.

Doktor qeyd edir ki, bədəndə ödem olduğu zaman da 7 gün ərzində kərəviz şirəsi istehlak etmək lazımdır.

“Kərəviz şirəsi əzələləri rahatlaşdırır. Tərkibindəki apigenin ən çox araşdırılmış antioksidant təsirli komponentlərdən biridir. Cəfəri, soğan, portağal, kəklikotu və reyhanda da olur. Əzələ rahatlaşdırıcı xüsusiyyətlərə malik olan apigenin təzyiqi aşağı salaraq yuxu problemlərinə yaxşı təsir edir. Yuxu keyfiyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, kərəviz şirəsi içməyi sınayın”.

O, kərəviz şirəsini yaddaş itkisi olan insanlara da tövsiyə edib.

Araşdırmalara görə, kərəviz şirəsinin hormonlara müəyyən təsirləri olduğu bildirilir. Dr. E.Berq də onun reproduktiv hormonlara xüsusi təsiri olan tərəvəz hesab edir. Kərəviz şirəsi hamilə qalmaq istəyən qadınlar üçün bir nömrəli içki hesab edilə bilər.

“Tərkibində olan kumarin turşusu mədədəki artıq turşuları zərərsizləşdirərək tez rahatlama təmin edə bilər. Mədə ağrıları, qaz, şişkinlik və həzmsizlikdən əziyyət çəkirsinizsə, bu xora əleyhinə təsirdən faydalana bilərsiniz”, - deyə doktor bildirib.

Onun sözlərinə görə, qan şəkərini tarazlaşdırmağa kömək edən kərəviz şirəsi artrit kimi revmatik xəstəliklərə qarşı da təsirlidir. Xüsusilə iltihab əleyhinə təsiri ilə oynaq ağrılarının qarşısını ala bilir.

Berq vuğulayıb ki, kərəviz şirəsi səhərlər acqarına istehlak edilməlidir. Təzə, orqanik kərəviz seçmək və şirənin tərkibinə biraz limon əlavə etmək lazımdır.

XƏBƏR LENTİ