“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi

111 27-06-2024, 19:10 cemiyyet

“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdiİyun ayının 27-də “Ziyalı Ocağı” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sumqayıt şəhər 18 saylı orta ümumtəhsil ocağında “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi. “Vətənin Qəhrəman Oğulları” layihəsi çərçivəsində reallaşdırılan bu tədbirdə torpaqlarımız uğrunda canından, qanından keçən Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi, habelə, Ali Baş Komandanın və onun igid əsgərlərinin dillərə dastan olan misilsiz şücaətindən bəhs edildi.

Tədbir Azərbaycan Respublikasının Milli Himni ilə başladı. Şəhidlərin ruhuna bir dəqiqəlik sükut elan olundu.


Tədbiri giriş sözü ilə açan layihə rəhbəri İlahə Əliyeva bildirdi ki, “30 il müddətində xalqımız və dövlətimiz azğın və aqressiv erməni işğalından və istibdadından çox əzab çəkdi. Özünün havadarlarının köməyi ilə torpaqlarımıza soxulan, insanlarımızı yurdundan-yuvasından didərgin salan, ellərimizi, evlərimizi xarabazarlığa çevirən, daşı-daş üstündə qoymayan mənfur erməni işğalçılarının azğın istəkləri bitmədi. Onlar yeni torpaqlar, yeni ərazilər iddiasına düşdülər. Və bu azğın istəklər də onların işğalının sonunu gətirib çıxardı.
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
Çoxsaylı sülh danışıqlarına qatılan və qatıldığı hər danışıqdan da sonra üzülən Azərbaycan dövlətinin son ümidi yalnız özünə və Ordusuna qaldı. Ali Baş Komandanın, cənab İlham Əliyevin, habelə, rəşadətli ordumuzun qəhrəmanlığı, cəsurluğu sayəsində azğın yağı yerinə oturduldu, 44 günlük savaş müddətində torpaqlarımızdan qovuldu. Mənfur işğalçılara mənsub olduqları yer göstərildi”.

Tədbirdə iştirak edən Sumqayıt-Abşeron-Xızı Regional Təhsi İdarəsinin əməkdaşı Günel Zeynalova vurğuladı ki, “Vətənimizin qəhrəman oğullarının sayəsində biz bu gün işğaldan azad olunmuş bölgələrimizə rahat şəkildə gedə bilirik. İgidlikləri dillərə dastan olan ordumuzun dünyaya nümayiş etdirdiyi ildırım sürətli qələbə sayəsində insanlarımız özlərinin tarixi yurdlarına geri dönürlər, şəhərlərimiz, kəndlərimiz bərpa edilir. Biz tarixi Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa dönürük. Bütün bunları bizə Ali Baş Komandanın bir əmrinə tabe olan, onun ətrafında dəmir yumruq olub birləşən Şəhidlərimiz, Qazilərimiz və əsgərlərimiz bəxş etdi”.

Layihə üzrə ekspert Fuad Hüseynzadə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, milli-mənəvi dəyərlərin qorunmasından danışdı. F. Hüseynzadə onu da bildirdi ki, “güclü ölkənin güclü orduya və eyni zamanda güclü elmi potensiala malik olan elmli, savadlı gənclərə ehtiyacı vardır. Bu gün dünyada azğın qonşularımız olan ermənilər və onların havadarları tərəfindən ölkəmizə, xalqımıza qarşı qarayaxma kompaniyası aparılır. Bu gün sevindirici haldır ki, hər bir vətəndaşımızın evində, əlində bu qəbildən olan qara yaxma kompaniyasına qarşı olaraq internet resursları, sosial şəbəkələr mövcuddur. Sizin hər biriniz bu kompaniyalara qatılmaqla, həmin kompaniyaya qarşı çıxaraq, onların çirkin yalanlarının və əsassız iddialarının qarşısını ala bilərsiniz. Fərd olaraq hər birimizin çiyinlərinə bəlli bir yük düşür və bizim hər birimiz bu yükün öhdəsindən layiqincə gəlməliyik”.
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
Tədbirdə qonaq qismində iştirak edən jurnalist Zamira Beşimova öz çıxışını Vətənə sevgi, torpağa sevgi notları üzərində qurdu. Azərbaycanda olduğu müddət ərzində müqəddəs məkanlarımıza etdiyi ziyarətlərdən danışdı, azğın düşmən gülləsinə qurban gedən igidlərimizin nakam gedişlərindən söz açdı. Göz yaşlarının gözlərini yandırdığını, qəlbinin acıtdığını söylədi. Z. Beşimova öz çıxışının sonunda Süleyman Rüstəmin- “Azərbaycana gəlsin” şeirini səsləndirdi.

Özbəkistan Dövlət Teleziya Kompaniyasının əməkdaşı Nazima Rizayeva öncə tədbir iştirakçılarını salamladı və tədbirdəki iştirakından məmnun olduğunu bildirdi. N. Rizayeva şəhid qanı ilə sulanan bu torpaqların müqəddəsliyindən bəhs etdi. Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim” şeirini söylədi. N. Rizayevanın şeiri iştirakçılar tərəfindən hərarətlə qarşılandı.
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
Özbəkistan Dövlət Teleziya Kompaniyasının digər əməkdaşı Dildora Abdullayeva qeyd etdi ki, “torpaq, millət uğrunda qurban gedən oğulların ruhuna minnətdarlıq hisslərindən bəhs etdi. D. Abdullayeva nitqinə davam edərək, vətənin, torpağın, ananın müqəddəsliyindən danışdı. Abbas Səhhətin “Vətən” şeirini söylədi.
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
Tədbirdə “Ziyalı Ocağı” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə lentə aldığı “İşğal” adlı sənədli filmdən fraqmentlər nümayiş etdirildi.
“Ziyalı Ocağı” İctimai Birliyi Sumqayıtda “Vətən mənə oğul desə, nə dərdim” adlı tədbir keçirdi
Konfrans digər iştirakçıların çıxışları ilə davam etdirildi.

18 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi N.Məmmədova bu günkü tədbirin zəruriliyindən və əhəmiyyətindən danışdı. O bildirdi ki, “bu qəbildən olan tədbirlərin keçirilməsi arzuolunandır. Mən müəllim olaraq, həmişə öz dərslərimi vətənpərvərliyin təbliği istiqamətində qururam. Amma bu qəbildən olan tədbirlərin məktəbimizdə keçirilməsi xüsusilə diqqətə və hörmətə layiqdir. Bu tədbirin məktəbimizdə keçirilməsinə vəsilə olan qurumun göstərdiyi xidmətə görə təşəkkür edir, Özbəkistandan Sumqayıta gələn və bu gün burada bizimlə acılarımızı bölüşən qonaqlarımızı cani-könüldən salamlayır və qürurlanırıq. Bir kökdən, bir boydan, bir soydan olan insanların bir yerdə olması, eyni hissləri bölüşməsi olduqca gözəldir. Ümid edirik ki, “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən keçirilən bu qəbildən olan tədbirlər yenə keçiriləcəkdir”.

“Ziyalı Ocağı” İctimai Birliyinin Mətbuat Xidməti

XƏBƏR LENTİ