“MOSKVA KİYEVİN KAPİTULYASIYASINDA İSRAR EDİR” - “Rusiya bu vilayətə yeni hücum planlaşdırır”

133 27-11-2024, 10:48 dunya

“MOSKVA KİYEVİN KAPİTULYASIYASINDA İSRAR EDİR” - “Rusiya bu vilayətə yeni hücum planlaşdırır”Rusiya Ukrayna qarşı işğalçılıq müharibəsində eskalasiyanı artırmağa hazır olduğunu nümayiş etdirir və cəbhə xəttini “dondurmaq”, yaxud hansısa kompromislərə getmək istəmədiyini bəyan edir.

“AzPolitika” xəbər verir ki, nüfuzlu ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) yeni hesabatında belə deyilir.
Amerikalı mütəxəssislər Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin son açıqlamalarına diqqət yetiriblər. Narışkin qeyd edib ki, Kreml guya danışıqlara hazırdır, lakin cəbhə xəttinin istənilən “dondurulmasını” və ya demilitarizasiya zonalarının yaradılmasını qəti şəkildə rədd edir. Onun fikrincə, sülhə nail olmağın yeganə yolu Rusiyanı genişmiqyaslı işğala “məcbur edən” səbəbləri “aradan qaldırmaq”dır: “Belə ritorika onu göstərir ki, Moskva Ukraynanın kapitulyasiyasında israr etməkdə davam edir. Kreml dəfələrlə qanunsuz ilhaq edilmiş dörd vilayəti, o cümlədən hazırda Ukraynanın nəzarəti altında olan əraziləri tələb edir.

ISW-nin analitik proqnozlarına görə, Rusiya komandanlığı Dnepropetrovsk vilayətinin cənub-şərq hissəsinə yeni hücum planlaşdıra bilər: “Bu bölgə qeyri-qanuni ilhaq edilmiş vilayətlərin bir hissəsi deyil, lakin onun ələ keçirilməsi Rusiyanın çoxdankı Donetsk bölgəsini tam işğal etmək məqsədinə kömək edə bilər”.

“AzPolitika.info”

XƏBƏR LENTİ