“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb

135 29-11-2024, 09:41 cemiyyet

“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb"Tender kralı" kimi tanınan "Topxana Layihə İnşaat" şirkəti öhdəliklərini yerinə yetirməyib.

Qaynarinfo-nun məlumatına görə, şirkət cari ilin noyabrın 16-dan etibarsız təchizatçı elan edilib.

"Topxana Layihə İnşaat" növbəti ilin noyab ayının 16-dək dövlət satınalmalarında iştirak edə bilməz.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, adıçəkilən şirkət 2007-ci ildən fəaliyyət göstərir. Şirkət təsis edilərkən adı "RRT LTD" firması olub və 2021-ci ilə qədər bu adla tanınıb.

Nizamnamə kapitalı 110 010 manat olan şirkətin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Maraqlıdır ki, etibarsız təchizatçı elan edilən "Topxana Layihə İnşaat" şirkəti təkcə 2024-cü ildə 24 satınalma müsabiqəsinin qalibi seçilib. Müsabiqələr müxtəlif dövlət qurumları tərəfindən təmir və abadlıq işlərinin satın alınması ilə bağlı keçirilib. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 3 132 980,87 manatdır.

Topxana Layihə İnşaat şirkəti daha çox yerli icra hakimiyyətlərinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olub.

XƏBƏR LENTİ