Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan mətbuatı məlumat yayıb.
Bundan başqa xüsusi təyinatlı dəstənin əməkdaşları da parlament binasının ətrafındakı ərazini boşaldıb. Eyni zamanda polis qüvvələri və texnika da Azadlıq meydanından çıxarılıb.
Xatırladırıq ki, artıq yeddinci gündür ki, Rustaveli prospektində etiraz aksiyaları keçirilir. Vətəndaşlar Gürcüstan hökumətinin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsinin gündəmə gətirilməyəcəyi ilə bağlı qərarına etiraz edirlər.
Aksiyanın bitməsindən sonra xüsusi təyinatlı dəstə üzvləri Çiçinadze və Çitadze küçələrini də tərk edib.
Hazırda ərazidə yalnız post quraraq patrul xidməti aaparan polislər var.