Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun dekabrın 14-də yaydığı məlumatda bildirilirdi ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb.
Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Rüfət Əmirov ABŞ və Rusiya tərəfindən axtarışda olan və 2023-cü ilin yanvar ayında Özbəkistan respublikasında həbs olunaraq ABŞ-yə ekstradisya edilən “qanuni oğru” Rafət Əmirovun (Rafət əlibayramlinski) qardaşıdır.
ABŞ R.Əmirovu İran hökumətinin sifarişi ilə İran əsilli amerikalı hüquq müdafiəçisi Məsih Əlinejadın öldürülməsini təşkil etməkdə ittiham edib.
Xeberdar.net