Marketdə saxta spirtli içkilər aşkarlanıb

17 19-04-2025, 08:59 ---

Marketdə saxta spirtli içkilər aşkarlanıbMəhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər. Xeberdar.net məlumat verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ