25 noyabr – Kəlbəcər Şəhəri Günü

13 Bu gün, 10:39 cemiyyet

25 noyabr – Kəlbəcər Şəhəri GünüBu gün Kəlbəcərin işğaldan azad olunmasının 5 ili tamam olur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il bu gün Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

İşğal dövrü (1993–2020):

53 340 nəfər öz yurdundan didərgin düşdü

55 hərbçi və 511 mülki şəhid oldu

321 nəfər əsir və ya itkin düşdü
Azadlıq:

2020-ci ilin 10 noyabr bəyanatına əsasən Kəlbəcər Azərbaycana qaytarıldı. Ermənistan əlavə vaxt istədiyindən humanist yanaşma göstərildi və rayon 25 noyabrda tam olaraq təhvil alındı. Bu səbəbdən bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Bu gün:

Kəlbəcər artıq öz sahiblərinə qayıdıb. Hazırda rayonda bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur qurulur və həyat tədricən bərpa olunur.

Kəlbəcərin qayıdışı Azərbaycanın qələbə tarixinin mühüm səhifəsidir.


Xeberdar.net

XƏBƏR LENTİ