Azərbaycanın axtardığı şəxs Dağıstanda tutuldu

15 Bu gün, 17:09 cemiyyet

Azərbaycanın axtardığı şəxs Dağıstanda tutulduBeynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Şəhərrəddin Süleyman oğlu Göylərov Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə axtarışda olan şəxs İnterpol kanalları vasitəsilə müəyyən edilib.

Hazırda İnterpolun Milli Mərkəzi Bürosu və aidiyyəti qurumlar onun Azərbaycana gətirilməsi üçün tədbirlər görür./ Xəbərdar.net/

XƏBƏR LENTİ