Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Qambiya bayrağı altında üzən KAIROS və VIRAT ticarət tankerlərinə 28 noyabr tarixində edilən hücumlarla bağlı ciddi narahatlıq ifadə edib.
Musavat.com xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, hadisələr Türkiyənin iqtisadi zonasının hüdudlarında baş verib və bu, bölgədə naviqasiya təhlükəsizliyi, insan həyatı, əmlak və ətraf mühit üçün ciddi risklər yaradır.
Rəsmi Ankara qeyd edir ki, Qara dənizdə müharibənin genişlənməsinin və gərginliyin artmasının qarşısını almaq məqsədilə müvafiq tərəflərlə təmasdadır. Türkiyə həmçinin bölgədəki iqtisadi maraqlarına və fəaliyyətlərinə hər hansı mənfi təsirin qarşısını almaq üçün zəruri addımlar atır.
XİN vurğulayıb ki, baş verənləri diqqətlə izləyir və situasiyanın daha da kəskinləşməsinə yol verməmək üçün diplomatik kanallar vasitəsilə iş aparır.