Azərbaycanda bir sıra məhsulların qiymətində artım və azalma qeydə alınıb

49 21-04-2026, 11:44 cemiyyet

Azərbaycanda bir sıra məhsulların qiymətində artım və azalma qeydə alınıb
Xəbərdar.net Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2026-cı ilin mart ayında Azərbaycanda meyvə və tərəvəzlərin qiymətində artım qeydə alınıb.
Meyvələr 3,6%, tərəvəzlər isə 3,2% bahalaşıb. Balıq və balıq məhsulları 1,5%, süd məhsulları 0,6%, çörək və çörək məmulatları isə 0,7% artıb.
Ət və ət məhsullarında 0,2%, digər bir sıra məhsullarda isə 0,3% civarında artım müşahidə olunub. Tütün məmulatlarının qiymətində dəyişiklik olmayıb.
Hesabat dövründə ən çox ucuzlaşma yumurtada qeydə alınıb — qiymətlər 2,9% azalıb.
Mart ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,5% təşkil edib.

XƏBƏR LENTİ