![]()
Cari ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 25,9 milyon ABŞ dolları dəyərində, bitumlu süxurlardan əldə edilmiş 56 min ton xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13,9 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 32 min ton və ya 2,3 dəfə artım deməkdir.
Ötən ilin yanvar–mart aylarında Azərbaycandan Türkiyəyə 12 milyon ABŞ dolları dəyərində, 24 min ton xam neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində, bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm baxımından isə 934 min ton və ya 15,5% azalma deməkdir./Trend/